“Qarabağ” mərkəzi arenaya qayıdır
“Qarabağ” “Simurq”la oyunun hazırlıqlarını davam etdirir. İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün komanda hazırlığını Suraxanı qəsəbə stadionunda keçib.

Bu arada “Qarabağ”ın “Simurq”la matçının başlama saatı məlum olub. Oyun sentyabrın 21-i, saat 19.30-da başlanacaq.

Ağdam təmsilçisi Zaqatala klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Qeyd edək ki, mərkəzi arenanın ot örtüyü yeniləndiyinə görə “Qarabağ” ev oyunlarını 8-ci kilometr qəsəbəsi stadionunda keçirmişdi.

Xəbər 962 dəfə oxundu.