"Qalatasaray"ın "Real"a qarşı oynayacaq start heyəti bəlli oldu
Bu gün Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində öz meydanında "Real"ı qəbul edəcək "Qalatasaray"ın start heyəti müəyyənləşib. Baş məşqçi Fatih Terim gözlənilmədən Engin Baytarın adını start heyətinə daxil edib. Zədəsi olan Suat Kaya isə ehtiyatda qalıb. "Qalatasaray" bugünkü oyuna 8 əcnəbi ilə çıxacaq:

Muslera; Ebue, Şedju, Dani, Riera; Melo, Selcuk, Engin; Sneyder; Burak Yılmaz, Droqba

Xəbər 821 dəfə oxundu.