"İnter"in ən uğursuz startı
2013/2014 mövsümünün startı “İnter” üçün tarizində ən uğursuz olub.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk 6 matçda komanda 3 xal toplaya bildi və bu nəticə ötənilkindən 5 xal azdır.

“İnter”in çempionatın ilk 6 matçında ən yaxşı nəticəsi 2005/2006-cı il mövsümüdür. Həmin mövsüm ilk 6 oyunda komanda 14 xal toplamağa müvəffəq olmuşdu. Lakin qeyd etmək yerinə düşərdi ki, ilk 6 matçda “İnter” 11 qol vurmuşdu və bu da məhsuldarlığa görə tarixində ikinci göstərici olub.

Yalnız bir dəfə komanda ilk 6 qarşılaşmada daha çox qol vura bilmişdi, məhz 12 qola imza atmışdı və bu nailiyyət 2005/2006-cı il mövsümünə təsadüf edib. Bununla belə, bu mövsüm ilk 6 oyunda buraxılmış qolların sayına görə “İnter” antirekorda imza atıb - 13 qol. Bundan öncə “buraxılmış qollar” qrafasında ən pis göstərici 2005/2006-cı il mövsümünə təsadüf edir. Həmin mğvsümün ilk 6 qarşılaşmasında komandamız 7 qol buraxıb.

Xəbər 1012 dəfə oxundu.