Ukrayna millisinin futbolçusu vəfat etdi | |
Ukraynalı 24 yaşlı futbolçu Maksim Bili vəfat edib. Təxminən iki ildir yaşıl meydanlardan uzaqda qalan oyunçunun ölməsinə səbəb olan xəstəlik barədə heç bir məlumat verilməyib. Qeyd edək ki, Maksim 2011-ci ildə Danimarkada təşkil olunan U-21 Avropa çempionatında Ukraynanın turnirdəki tək qolunu vurmuşdu. Futbolçu millinin müxtəlif aşağı yaş qruplarında 29 dəfə forma geyinmiş və 5 dəfə fərqlənmişdi. |
|
Xəbər 908 dəfə oxundu. |
|
|