PSJ İbrahimoviçin məvacibini artırır
Zlatan İbrahimoviç PSJ-ni tərk etməyəcək. İsveçli hücumçu tezliklə Paris klubu ilə sözləşməsini 2017-ci ilə kimi uzadacaq. İbra ilə klub rəhbərliyi arasında aparılan danışıqlar müsbət yekunlaşıb. Hazırda ildə 13,8 milyon qazanan İbrahimoviçin illik qazancı yeni sözləşmədən sonra 15 milyon avroya çatacaq.

Xəbər 869 dəfə oxundu.