Rail Məlikov əməliyyat olundu
Ötən həftə məşq zamanı ağır zədə alan və ön çarpaz bağları qırılan "Qəbələ"nin futbolçusu Rail Məlikov İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əməliyyatın ardından futbolçunun bərpa prosesinin sürətləndirilməsi məqsədilə fizioreabitoloji müalicəyə start verilib.

Məlikovun 5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.

Xəbər 858 dəfə oxundu.