"Qarabağ" Tofiq Bəhramova qayıdır
Artıq neçə müddətdir ki, Ağdamın “Qarabağ” klubu “Tofiq Bəhramov”adına Respublika Stadionunun ot örtüyündə yaranmış problemlər səbəbindən ev oyunlarını “Baksell Arena”da keçirirdi. Ancaq Ağdam klubun yenidən doğma məkana qayıdır. “Qarabağ” klubunun baş meneceri Asif Əsgərovun verdiyi məlumata görə, ot örtüyünə baxış keçirilib və heç bir problem olmadığından “Qarabağ” “Simurq”u məhz mərkəzi arenada qəbul edəcək.


Qeyd edək ki, “Qarabağ” – “Simurq” oyunu sentyabrın 21-də reallaşacaq.

Xəbər 976 dəfə oxundu.