Ronaldonun "Real"dakı qazancı dəqiqləşdi
"Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldonun illik qazancı dəqiqləşib.

Bir neçə gün əvvəl Madrid klubu ilə yeni beş illik müqavilə imzalayan portuqaliyalı hücumçunun illik 21 milyon avro qazanacağı bildirilmişdi.

Ancaq "Mundo Deportivo" qəzetinin bu günkü xəbərinə görə, oyunçunun gəliri bununla bitməyəcək. Ronaldo reklam razılaşmaları, imic haqları, bonuslar və əlavə qazancla bir il ərzində 41 milyon avro qazanacaq.

Xəbər 964 dəfə oxundu.