Mourinyo “Qalatasaray” – “Real” oyunundan danışdı
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo sabiq komandası "Real"ın (Madrid) bu gün Çempionlar Liqasında "Qalatasaray"a qarşı oynayacağı matçdan danışıb.

O, Madrid klubunun bu qarşılaşmada yaxşı nəticə əldə edəcəyinə inandığını deyib: "Real"ın yaxşı heyəti var. Onlara gözəl oyun nümayiş etdirmələrinin və meydandan qalib ayrılmalarını arzu edirəm".

İker Kasilyasın oyunda forma geyəcəyinə də münasibət bildirən Mourinyo qeyd edib ki, verilən qərara hörmətlə yanaşır: "Kasilyasın oynaması, ya da oynamaması mənim problemim deyil. Ançelottinin qərarına hörmət etmək lazımdır".

Xəbər 904 dəfə oxundu.