Gənc boksçular “Təhsil”də yarışırlar | |
Sentyabrın 5-də “Təhsil” Respublika İdman Mərkəzinin boks üzrə Respublika birinciliyinə start verilib. Şənbə gününədək davam edəcək yarış 1998-1999-cu illər təvəllüdlü yeniyetmələr arasında təşkil edilib. Birincilikdə Respublikanın şəhər və rayonlarından uşaq-gənclər idman məktəblərinin idmançıları mübarizə aparırlar. Yarış 17 çəki dərəcəsi üzrə keçiriləcək. Yarış şəxsi xarakterli olub, Olimpiya sistemi ilə keçirilir. Sabah yarışın təntənəli açılış mərasimi keçiriləcək. |
|
Xəbər 1196 dəfə oxundu. |
|
|