"Real"da oynamaq üçün dua edirdim"
Real"ın (Madrid) yeni transferi Qaret Beyl maraqlı açıqlamalar verib.

"Bein Sport"a danışan uelsli yarımmüdafiəçi Madrid klubunda oynamaq üçün dua etdiyini deyib: "Real"ın sizinlə maraqlanması həyatınızda bir dəfə ola biləcək hadisədir. Madrid klubu hər zaman arzuladığım bir yer idi. Burada olmaq çox gözəl hissdir. "Real" keçidim baş tutsun deyə, dua belə edirdim".

Qeyd edək ki, Beyl bu yay "Kral klubu" ilə altı illik müqavilə imzalayıb.

Xəbər 1012 dəfə oxundu.