"Roma" liderliyə şərik oldu
Futbol üzrə İtaliya A Seriyasında 3-cü tura yekun vurulub.

Son oyun günündə daha bir qarşılaşma baş tutub.

Paytaxtın "Roma" klubu səfərdə "Parma"nın qonağı olub. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "canavarlar" ikinci hissədə əzmkarlıq göstərərək oyundan qalib ayrılıblar - 3:1.

16 sentyabr

İtaliya A Seriyası, III tur

"Parma" - "Roma" - 1:3
Qollar: Biabiani, 39 (1:0), Florenzi, 47 (1:1), Totti, 70 (1:2), Strutmen, 85-pen (1:3)

Xəbər 871 dəfə oxundu.