“Azəryol” yeni mövsümün hazırlıqlarına start verib
“Azəryol” yeni mövsümün hazırlıqlarına start verib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Bakı klubu artıq təlim-məşq toplanışına başlayıb. Əsasını millimizin voleybolçuları təşkil edən “Azəryol” məşqlərini paytaxtda keçir. Lakin klubun ölkə xaricinə çıxması və beynəlxalq turnirlərdə iştirakı da istisna deyil. Yeni baş məşqçi Ancelo Vercesinin komandası tam komplektləşməsə də heyət bu günlərdə tamamlanacaq.

Qeyd edək ki, “Azəryol”dan öncə “Lokomotiv”, “Telekom” və “Azərreyl” də hazırlıqlara başlayıb.

Xəbər 990 dəfə oxundu.