Karlo Ançelotti yeni rekorda doğru
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti sabah Çempionlar Liqasında qarşılaşacaqları "Qalatasaray"la matçda yeni rekorda imza atacaq.

İndiyə kimi beş fərqli klubla Çempionlar Liqasında iştirak edən italiyalı mütəxəssis Madrid klubu ilə bu sayı 6-ya yüksəldəcək.

Bununla da o, ÇL-də ən çox fərqli klub çalışdıran məşqçi olacaq.

Xatırladaq ki, daha əvvəl Ançelotti "Parma", "Yuventus", "Milan", "Çelsi" və PSJ ilə ÇL-də iştirak edib.

Qeyd edək ki, bu siyahının ikinci və üçüncü pilləsində isə hərəyə 5 klub çalışdıran Rafael Benitez və Ronald Kuman var.

Xəbər 900 dəfə oxundu.