Baş məşqçi istefa verdi
“Adanaspor”a 2:3 hesabı ilə yenilən “Kahramanmaraşspor”da növbəti baş məşqçi dəyişikliyi olub.

“Kahramanmaraşspor”un baş məşqçi Bəsim Durmuş istefa verib. Mövsümün əvvəlində Fəthi Çokkəsəri əvəzləyən Durmuşun dönəmində Türkiyənin 1-ci dəstəsinin debütantı qələbə üzünə həsrət qalıb və hazırda sonuncu pillədədir. 47 yaşlı məşqçi 4 oyunda cəmi 1 xal topladıqlarına görə matçdan sonra keçirilən mətbuat konfransında istefa verdiyini açıqlayıb. Fərid Quliyevin məşqçisi istefasının oyunun nəticəsi ilə əlaqədar olmadığını da açıqlayıb: “Matçdan sonra nəticədən asılı olmayaraq istefa verəcəkdik. İşimizi buraxırıq. Açıq şəkildə bildirirəm. Çox deyiləcək şey var, amma enerjimizi dağıtmayaq”.

Xəbər 826 dəfə oxundu.