"Alveş mənə qara ciyərini təklif etdi"
"Monako"nun futbolçusu Erik Abidal keçmiş komanda yoldaşı Dani Alveş haqqında maraqlı açıqlamalar verib.

"Catalunya Radio"ya danışan oyunçu Alveşin ona öz qara ciyərini təklif etdiyini bildirib:

"Daninin mənim Kataloniya klubunda geyindiyim 22 nömrəli forma ilə çıxış etməsinin ardından münasibətlərimiz daha da yaxşılaşdı. Əməliyyat olunduğum vaxt mənə öz qara ciyərini bağışlamağı təklif etdi. Ancaq təbii ki, mən buna razılıq verməzdim. O, peşəkar futbolçudur".

Qeyd edək ki, fransız müdafiəçi bu yay "Barselona"dan "Monako"ya transfer olunub.

Xəbər 976 dəfə oxundu.