Abidal sabiq komanda yoldaşından danışdı
«Barselona»nın keçmiş müdafiəçisi Erik Abidal sabiq komanda yoldaşı Dani Alveşlə münasibətlərindən danışıb.

«Bizim Alveşlə münasibətlərimiz yalnız dostluq deyil, — Barcastuff-a müsahibəsində fransız müdafiəçi qeyd edib. — Dani əla insandır . Mən əməliyyat stoluna uzanarkən o, donorum olmağı təklif etmişdi.
Barsada yaddan çıxarmayacağım digər məqam isə Puyolun mənə kapitanlıq sarğısını vermək olub. Bu da mənə çempionlar liqası kubokunu qaldırmağa imkan verdi».

Xəbər 890 dəfə oxundu.