Mario Qomez ay yarımlıq sıradan çıxdı
İtaliyanın "Fiorentina" klubu ciddi itki ilə üzləşib.

Alman futbolçu "Kalyari" ilə matçda (1:1) dizindən zədələnib.

Təcrübəli futbolçunun zədəsinin ciddi olduğu açıqlanıb. Oyunçunun bir ay yarım yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, Qomes bu yay "Bavariya"dan "Fiorentina"ya transfer olunub.

Xəbər 934 dəfə oxundu.