Azərbaycan-Belçika. 1:1
Sentyabrın 2-də futbol üzrə “Avro-2012”nin seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Belçika milli komandaları qarşılaşıb.

İngiltərəli baş hakim Li Probertin idarə etdiyi qarşılaşmanın ilk hissəsində qapılara top vurulmayıb.

Matçın 55-ci dəqiqəsində Belçika futbolçusu Simons Azərbaycan millisinin qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 86-cı dəqiqəsində Azərbaycan millisinin üzvü Rauf Əliyev hesabı bərabərləşdirib.

Beləliklə, oyun 1:1 hesabı ilə başa çatıb.

AzərTAc

Xəbər 1154 dəfə oxundu.