Qalatasarayın zədəliləri sağalır
Qalatasaray klubundan azarkeşlərinə şad xəbərlər daxil olmaqdadır. Bu gün keçirilən məşqin sonunda zədəsi sağalan Felipe Melo, Səlcuk İnan, Uesli Sneyder və Didye Droqba digər oyunçularla birlikdə çalışıblar. Onların Qalatasarayla oyuna qədər hazır olacaqları güman edilir. Həmit Altıntop isə hazırda yalnız trenajor zalında məşq etməklə məşğuldur. Semih Kayanın da müalicəsi davam edir.

Xəbər 899 dəfə oxundu.