"Qalatasaray" - "Real" matçının hakimi məlum oldu
Çempionlar Liqasının "B" qrupunda oynanacaq "Qalatasaray" - "Real" (Madrid) matçı üçün hakim təyinatları açıqlanıb.

"Türk Telekom Arena"da keçiriləcək qarşılaşmanı ingiltərəli Mark Klattenburq idarə edəcək. Ona Saymon Bek və Stiven Çild kömək edəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Real" (Madrid) matçı sentyabrın 17-i baş tutacaq.

Xəbər 934 dəfə oxundu.