"Qarabağ Azərbaycan" futbol klubu təsis edilir
"İsveç klubundan birləşmək təklifi almışıq"
Klub rəhbərliyi sponsor axtarışındadır

Avropa ölkələrində Azərbaycana bağlı adlarla müxtəlif klublar fəaliyyət göstərir. "Lans" (Fransa) səhmlərinin 60%-in həmvətənimiz Hafiz Məmmədov tərəfindən alınması, Madrid klubu "Atletiko", "Land of fri Azerbaijan" geyimi ilə yaşıl meydanda mübarizə aparması, Valensiyada "Baku de Valensiya"nın paytaxtımızın adı ilə iddialı fəaliyyəti, İngiltərədə "Baku Unayted" futzal çempionu olmuş klubun sırasına biri daha qoşulmağa hazırlaşır. İdman.com.az saytı xəbər verir ki, bu, İsveçdə təsis ediləcək. Klubun adı isə ilk təkliflərə görə "Qarabağ Azərbaycan" olacaq.

Yaranmaqda olan yeni kollektiv haqqında daha ətraflı məlumatı ideya müəllifi, Skandinaviyada yaşayan həmvətinimiz Valeh Qafarov verib:

«İsveçdə müxtəlif xalqların öz adları ilə klubları fərqli liqalarda mübarizə aparırlar. Misal olaraq, süryanilərin 2 komandası var. "Suryaniska" bir neçə illik mübarizədən sonra, "Allsveniska", bizim deyişimizlə, İveç Premyer Liqasına vəsiqə qazanıb. İkinci klubları səkkizinci diviziyadan - birinci diviziyaya qədər yüksəlib. Yaşadığım və futbol karyeramı davam etdirdiyim Örebro şəhərində bosniyalıların bir-neçə il əvvəl, sıfırdan qurduqları klub, hər il yükssək nəticə göstərərək üçüncü liqaya qədər irəliləyib. Çox güman, yaxın illərdə onların klubunu da, "Allsveniska"da mübarizə apardığına şahid olacayıq.

Adları çəkilən və haqqlarında bəhs etmədiyim digər xalqların klubları önümüzdəki illərdə yüksək yerlər uğrunda mübarizə aparacaqlar. Bu mübarizəyə azərbaycanlıların da qoşulması və kim bilir, bəlkə bir neçə il sonra İsveç çempionu olmamız da mümkündür ki, belə bir istəklə klubumuzu qurmaq qərarına gəldim. Dostların da köməkliyi ilə lazım olan sənədləri topladıq və Futbol Federasiyasına təqdim etməzdən əvvəl, maddi problemləri həll etmək üçün sponsor axtarışına başlamışıq. Öz gücümüzlə mübarizəyə başlaya bilərik. Müəyyən məbləğdə dəstəyimiz olarsa nəticə əldə etmək mümkündür. Əslində ehtiyyacımız olan maddi dəstək o qədər də böyük deyil.

Topaz Premyer Liqası nda çıxış edən klublarımızda bir legionerə xərclənən məbləğdə bizə vəsait ayrılarsa, ehtiyyaclarımız tamamilə qarşılanmış olar. Hansı ad altında çıxış edəcəyimizə gəlincə isə, "Qarabağ Azərbaycan" adını düşünmüşük. Sponsorun istəyinə uyğun olaraq, məsələn, AzAL kimi bir şirkət klubumuza sahib çıxarsa, elə AzAL, "Azərsun Holdinq" klubumuza dəstəkdə maraqlı olarsa, "Azərsun" kimi adlarla da İsveçdə çıxış edə bilərik. Dünyanın müxtəlif ölkələrində iş adamı həmvətənlərimiz mövcuddur. Onlardan hər-hansı birinin də təklifini qəbul edə və yekun adı birlikdə müəyyənləşdirə bilərik. Bir neçə ilin klubundan birləşmək təklifi almışıq. Mütləq Azərbaycana bağlı bir adla İsveçdə çıxış etmək istəyirik. Təklif sahibi klubun isə öz adı və başqa maraqları var ki, bizim ad prinsipimizə ziddir».

Valeh Qafarovla söhbətimizdən məlum oldu ki, istənilən halda İsveçdə azərbaycanlıların klubu 2014-cü ilin fevral ayında rəsmən qeydiyyat üçün müraciət edəcək və yeni mövsümdən etibarən yaşıl meydanlarda bayrağımızı dalğalandıra biləcəklər. Azərbaycanı hansı səviyyədə təmsil edə bilmələri isə maddi bazalarından asılı olacaq.

K.HACI

Xəbər 1379 dəfə oxundu.