İtaliya A Seriyası: "İnter" "Yuventus"la bərabərə qaldı
Futbol üzrə İtaliya A Seriyasında 3-cü turun oyunlarına start verilib.

İlk oyun günündə 3 qarşılaşma baş tutub.

Turun mərkəzi qarşılaşması Milanda keçirilib. Burada yerli "İnter" klubu "Yuventus"la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1. "Milan" isə səfərdə "Torino"ya 2:2 bərabərə qalıb.

Qeyd edək ki, III tura sentyabrın 16-da keçiriləcək "Parma" - "Roma" oyunu ilə yekun vurulacaq.

14 sentyabr

İtaliya A Seriyası, 3-cü tur

"İnter" - "Yuventus" - 1:1
Qollar: İkardi, 73 (1:0), Vidal, 75 (1:1)

"Napoli" - "Atalanta" - 2:0
Qollar: İquain, 71 (1:0), Kallehon, 81 (2:0)

"Torino" - "Milan" - 2:2
Qollar: Ambrosio, 47 (1:0), Serki, 71 (2:0), Muntari, 87 (2:1), Balotelli, 90-pen (2:2)

15 sentyabr

"Fiorentina" - "Kalyari"

"Verona" - "Sassuolo"

"Udineze" - "Boloniya"

"Livorno" - "Kataniya"

"Latsio" - "Kievo"

"Sampdoriya" - "Genua"

16 sentyabr

"Parma" - "Roma"

Xəbər 1063 dəfə oxundu.