"Bavariya" və "Borussiya" qələbə qazandı
Futbol üzrə Almaniya Bundesliqasında V turun növbəti oyunları keçirilib.

İkinci oyun günündə daha 6 qarşılaşma baş tutub.

Son Almaniya çempionu "Bavariya" öz meydanında "Hannover"lə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. "Borussiya" (Dortmund) klubu evdə "Hamburq"u 6:2 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, V tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

14 sentyabr

Almaniya Bundesliqası, V turun oyunları

"Mainz" - "Şalke" - 0:1
Qol: K.Boatenq, 34 (0:1)

"Augsburq" - "Frayburq" - 2:1
Qollar: Mehmedi, 46 (0:1), H.Altıntop, 62 (1:1), Verner, 90 (2:1)

"Verder" (Bremen) - "Ayntraxt" - 0:3
Qollar: Kadleç, 14 (0:1), 34 (0:2), Prödl, 34-avtoqol (0:3)

"Bayer" (Leverkuzen) - "Volfsburq" - 3:1
Qollar: Sam, 24 (1:0), Oliç, 39 (1:1), Kisslinq, 65 (2:1), 90 (3:1)

"Bavariya" - "Hannover" - 2:0
Qollar: Mandzukiç, 51 (1:0), Riberi, 64 (2:0)

"Borussiya" (Dortmund) - "Hamburq" - 6:2
Qollar: Emerik, 19 (1:0), Mxitaryan, 22 (2:0), Lam, 26 (2:1), Vesterman, 49 (2:2), Emerik, 65 (3:2), Levandovski, 73 (4:2), Reus, 74 (5:2), Levandovski, 81 (6:2)

15 sentyabr

"Hoffenhaym" - "Borussiya" (Münhenqladbax)

"Braunşveiq" - "Nürnberq"

13 sentyabr

"Herta" (Berlin) - "Ştuttqart" - 0:1
Qol: Gentner, 49 (0:1)

Xəbər 1139 dəfə oxundu.