"Roma" Totti ilə 40 yaşınadək müqavilə bağladı
İtaliyanın “Roma” futbol komandasının kapitanı Françesko Totti klubla müqaviləsini uzadıb.

Paytaxt klubu 37 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb.

Tottinin illik əmək haqqı 3,2 milyon avro təşkil edəcək. Karyerasını başa vurduqdan sonra isə ona 5 il müddətinə klubun səfiri vəzifəsi təklif ediləcək.

Qeyd edək ki, Françesko Totti yalnız peşəkar futbolçu karyerasına 1992-ci ildə başladığı “Roma”da çıxış edib. O, 535 oyuna 227 qol vurub.

Lent.az

Xəbər 978 dəfə oxundu.