Madrid "Real"ından Ronaldoya möhtəşəm təklif
İspaniyanın “Real” (Madrid) klubu futbolçusu Kriştiano Ronaldoya 2018-ci ilədək yeni müqavilə təklif edib.


Təklifi qəbul edəcəyi halda portuqaliyalı yarımmüdafiəçi dünyanın ən ödənişli oyunçusuna çevriləcək.

“Kral klubu” Ronaldoya vergilər çıxıldıqdan sonra 15 milyon avro, habelə, müxtəlif bonuslar ödəməyə hazırdır. Üstəlik, yeni 5 illik müqavilənin cəm dəyəri 155 milyon avrodur ki, bu da futbol tarixində ən bahalı anlaşma sayılır.

Qeyd edək ki, ən yüksək illik əmək haqqını Rusiya “Anji”sində çıxış etdiyi vaxt Samüel Eto alıb. Kamerunlu hücumçu ildə 20 milyon avro qazanıb. Lakin onun anlaşmasının cəm dəyəri elə də yüksək olmayıb. “Real”ın yeni transferi Qaret Beyl ildə 10 milyon avro, “Barselona”nın lideri Lionel Messi isə 13 milyon avro qazanır.

Lent.az

Xəbər 870 dəfə oxundu.