Ukraynalı futbolçu 24 yaşında vəfat etdi
Ukraynanın "Zarya" klubunun futbolçusu Maksim Belıy dünyasının dəyişib. Bu haqda Luqansk klubunun rəsmi saytı xəbər yayıb. 24 yaşlı futbolçu uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, mərhum buna qədər "Metallurq", "Metallist", Xarkov" klublarının da şərəfini qorumuşdu. O, "Zarya"ya 2010-cu ildə transfer olunmuşdu. Belıy vaxtı ilə Ukraynanın gənclər millisinin də şərəfini qorumuşdu.

Xəbər 949 dəfə oxundu.