20 yaşadək yeniyetmələr arasında Dünya Çempionatı
Sentyabrın 13-də Türkiyənin Kocaeli şəhərində 20 yaşadək yeniyetmələr arasında Dünya Çempionatı start götürüb. Çempionatda 40-dan çox ölkədən 194 şahmatçı iştirak edir. Ölkəmizi 20 yaşadək Azərbaycan Çempionları Murad Nuri və Səbinə İbrahimova təmsil edir. Hər iki təmsilçimiz üçün 1-ci tur qələbə ilə başa çatıb. Bu gün təmsilçilərimiz Çin şahmatçıları; Bai Jinshi - Murad Nuri, Səbinə İbrahimova - Vang Yue ilə görüşəcək.

Çempionat isveçrə sistemi üzrə keçirilir və 13 turdan ibarətdir.

Xəbər 1218 dəfə oxundu.