Şahmat Peşəkarlar Assossasiyası Kuboku
Riqada keçirilən rapid üzrə Şahmat Peşəkarlar Assossasiyası Kubokunun 1/8 finalı başa çatıb.

Ümumilikdə 16 güclü şahmatçının mübarizə apardığı yarışın 1/8 finalında, Ş.Məmmədyarov - İ. Kovalenko üzərində 1.5: 0.5 hesabı ilə qələbə qazanıb. Eyni nəticəni digər qrossmeysterimiz T. Rəcəbov – A.Shirov görüşündə təkrarlayıb. Hər iki təmsilçimiz növbəti ¼ finalına vəsiqə qazanıblar .

¼ finalda Məmmədyarovun rəqibi keçmiş Dünya Çempionu Ukraynalı R. Ponomariov, Rəcəbovun rəqibi isə Rusiya şahmatçısı P.Svidler olacaq.

Kubok sentyabrın 15-də başa çatacaq.

Xəbər 1303 dəfə oxundu.