"Borussiya" futbolçusu ilə müqavilə yeniləyir
"Borussiya" (Dortmund) klubunun futbolçusu İlkay Gündoğanla müqaviləni yeniləməyə hazırlaşır.

Bunun üçün artıq klub türk əsilli yarımmüdafiəçi ilə danışıqlara başlayıb.

Klub 22 yaşlı futbolçu ilə müqavilənin müddətini 2015-ci ilin iyun ayına qədər uzatmağı planlaşdırır.

İ.Gündoğanın özü də komandası ilə danışıqlara başladığını təsdiqləyib: "Danışıqlar davam edir, hər hansı bir məlumat vermək üçün hələ tezdir. Bir şey olsa, bundan xəbərdar olacaqsınız".

Xəbər 907 dəfə oxundu.