Argentina "Barselona"nın təklifini rədd etdi
Son zamanlar tez-tez zədələnən Lionel Messi üçün "Barselona"nın Argentina millisinə təklifi qəbul edilməyib.

Argentinanın "DÇ-2014"ə getməsini təmin etməsinin ardından Kataloniya klubu hücumçunun yığmaya dəvət olunmamasını istəmişdi.

Bunu klub Messinin yenidən zədələnə bilməsi ilə əlaqələndirmişdi. Ancaq bu təklif ölkənin Futbol Federasiyası tərəfindən qəbul edilməyib. Qurumun prezidenti Julio Qrondana təklifin qəbul edəcəkləri təqdirdə millidəki digər oyunçulara hörmətsizlik etmiş olacaqlarını deyib.

Xəbər 867 dəfə oxundu.