Millimiz bu gün uğur qazansa Türkiyə də sevinəcək
Bu gün Avro-2012-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir.
Azərbaycan milli komandası qrupda 7-ci qarşılaşmasını Belçikaya qarşı keçirəcək. Əvvəlki 6 matçdan 4-nü səfərdə keçirən komandamız 3-cü dəfə doğma arenada meydana çıxacaq. Qrupdakı yeganə qələbəsini ötən il Respublika stadionunda Türkiyə millisi üzərində qazanan yığmamız sonrakı görüşlərdə məğlub olub. Belçika ilə matçda qələbə və ya heç-heçə daha çox məhz Türkiyə yığmasına kömək edəcək.

Avro-2012-nin seçmə mərhələsi

A qrupu
2 sentyabr
21:00. AZƏRBAYCAN – BELÇİKA
Hakimlər: Li Probert, Simon Bek, David Riçardson (hamısı İngiltərə)
Ehtiyat hakim: Maykl Lesli Din (İngiltərə)
Hakim-inspektor: Jan Fasunq (Avstriya)
UEFA nümayəndəsi: İvan Lekov (Bolqarıstan)
Yer: Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Xəbər 1107 dəfə oxundu.