Kapello: "Rusiya millisindən sonra futbolla vilaşacağam"
Rusiya millisinin baş məşqçisi Fabio Kapello gələcək karyerası haqda danışıb.

İtaliyalı mütəxəssis Rusiya millisinin onun sonuncu iş yeri olacağını bildirib:

"Gələcəkdə İtaliya millisini çalışdırmaq niyyətində deyiləm. Hələ ki, Çezare Prandellinin yığmada işləri yolunda gedir. Onun istefası haqda düşünmürəm. Çünki Rusiya millisindən sonra futbolla vidalaşacağam".

Qeyd edək ki, baş məşqçi kimi karyerasında 607 matça çıxan Kapello bunların 345-də meydanı qələbə qazanıb.

Xəbər 941 dəfə oxundu.