Kişi komandasında qadın baş məşqçi
Xorvatiyanın qadınlardan ibarət millisinin və Zaqreb “Dinamo”sunun keçmiş futbolçusu Tiana Nemçiç ölkənin 5-ci divizionunda çıxış edən “Viktoriya “Vakovats” adlı kişi komandasına baş məşqçi təyin olunub.

25 yaşlı sarışın xanım kişi komandasına rəhbərlik etməkdən çəkinmədiyini bildirib.

Əksinə, Nemçiç qarşısına qoyulan məqsədin öhdəsindən gələcəyinə tam əmindir. O, müsahibələrindən birində etiraf edib ki, oyunçular sözünə baxır, heç bir problem yaratmırlar. Baş məşqçinin özü isə komandanı qurmaqda və taktikasını müəyyənləşdirməkdə sərbəstdir.

Qeyd edək ki, Tiana Nemçiç təkcə idman nailiyyətləri ilə məşhur deyil. O, “Dinamo”da futbol oynamadığı 10 ilədək müddətdə top-model kimi də karyera qurub. Nemçiç 2008-ci ildə “Xorvatiyanın idman gözəli” müsabiqəsinin finalçısı olub.

Lent.az

Xəbər 1032 dəfə oxundu.