«Napoli»nin qış istəkləri
«Napoli» qış transfer dövrü üçün məqsədlərini müəyyənləşdirib. İdman.com.az saytı xəbər verir ki, yanvarda neapollular yenidən «Liverpul»un müdafiəçisi Martin Şkrteli və «Anji»nin havbeki Jusileyi əldə etməyə çalışacaqlar.

Bundan əlavə italyanlar müdafiənin qanadını da gücləndirmək istəyirlər. Bu məqsədlə nəzər «Barselona»dan Martin Montoyyaya salınıb. Futbolçu mövsümün sonunda sərbəst agent ola bilər. Hər üç oyunçu «Napoli»yə icarə əsasında keçə bilər.

Xəbər 980 dəfə oxundu.