“Neftçi” “İnter”i məğlub edib
Futbol üzrə Topaz Premyer Liqasının 6-cı turunun ilk oyununda “Neftçi” komandası öz meydanında “İnter” kollektivini 3:1 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra “Neftçi” komandası turnir cədvəlində birinci pilləyə yüksəlib.

“Neftçi” klubunun məşqçisi Tərlan Əhmədov bildirmişdir ki, bu cür oyunlar derbidir. Rəqibimiz güclü komandadır. Oyunun çətin keçəcəyi əvvəlcədən məlum idi. Son oyunumuzda məğlub olmuşduq. Səhvlər hər bir komandada olur. Bu gün qazanılan 3 xal komandamızın nəyə qadir olduğunu göstərdi, psixoloji səddi aşa bildik.

“İnter” klubunun məşqçisi Roman Cəfərov demişdir: “Neftçi” klubunu qələbə münasibətilə təbrik edirəm. İlk hissədə oyunumuz alınmadı, ikinci hissədə isə daha yaxşı oynadıq. Təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik”.

Xəbər 801 dəfə oxundu.