Pantiç: "Xəzər Lənkəran" matçın favoritidir"
"Bakı" Topaz Premyer Liqanın 6-cı turunda "Xəzər Lənkəran"la oyun öncəsi hazırlıqlarınıa bu gün səhər vaxtlarında keçirdiyi məşqlə davam edib.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında kluba məxsus olan təlim-məşq bazasında 1,5 saat davam edən məşq keçirib.

Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb.

Aqil Məmmədov və Vuqar Mustafayev komandadan ayrı çalışıblar.

Milinko Pantiç "Xəzər Lənkəran"la qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb: “"Xəzər Lənkəran" Azərbaycanın iddialı klublarından sayılır. Con Toşak isə dünya səviyyəli bir mütəxəssisdir. Təbiyii ki belə güclü məşqçi və futbolçulara malik olan "Xəzər" ancaq çempionluq barədə düşünə bilər. Lənkəranlıların əlavə üstünlüyü onların möhtəşəm azarkeşləridir. Mənim fikrimcə "Xəzər Lənkəran" matçın favoritidir. Buna baxmayaraq biz çalışacağık ki yaxşı nəticə ilə Bakıya dönək".

Xatırladaq ki, Topaz Premyer Liqasının 6-cı turu cərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Bakı" matçı 14 sentyabr saat 19:00-da Lənkəran şəhər stadionunda baş tutacaq.

Xəbər 951 dəfə oxundu.