Şevçenkonun karyerasında yeni idman növü
Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko yeni idman növündə qüvvəsini sınayacaq.

Ötən il futbolla vidalaşan Şeva karyerasını qolfda davam etdirəcək.

Xarkovda təşkil olunacaq turnirlə qolfda peşəkar karyerasına start verəcək Şevçenko Yevgeni Kafelnikov, Oliver Vilson və Nik Daugherti ilə mübarizə aparacaq.

Yeni karyerası haqda danışan sabiq futbolçu bunları deyib: "Bu, mənim və eyni zamanda Ukraynada təşkil olunacaq ilk böyük turnir olacaq. Qolf idman növündə turnirin Ukraynada keçirilməsi ölkəm adına böyük addımdır. Ümid edirəm ki, burada yaxşı çıxış edəcəm. Ancaq turnirdə səmərəli vaxt keçirmək mənim üçün yetərlidir".

Qeyd edək ki, Şevçenko futbolçu karyerasını 2012-ci ildə "Dinamo" (Kiyev) klubunda başa vurub.

Xəbər 874 dəfə oxundu.