Nazim Əliyevin oğlu"Araz"da oynayacaq
AZAL klubunun futbolçusu Elgiz Kərəmli Azərbaycan birinci divizionuna üz tutub. Son olaraq, “Kəpəz”də çıxış edən “Neftçi” və “Qarabağ”ın sabiq üzvü AZAL-da ehtiyatda oturmaqdansa, “Araz”da oynamağı üstün tutub.

Gənc futbolçunu heyətə cəlb etdiyini əməkdaşımızla söhbətində “Araz” klubunun baş məşqçisi Əsgər Abdullayev də təsdiqləyib.

Qeyd edək ki, Elgiz Azərbaycan futbolunun ən sərrast oyunçusu Nazim Əliyevin oğludur. Maraqlı məqam ondan ibarətdir ki, Nazim Əliyev Elgizin ayrıldığı AZAL klubunun əvəzedici heyətinin baş məşqçisidir.

Xəbər 814 dəfə oxundu.