“Azərreyl” heyətini daha bir voleybolçu ilə gücləndirib
“Azərreyl” heyətini daha bir voleybolçu ilə gücləndirib. Yeni adla Super Liqada oynayacaq Bakı təmsilçisi ötən il heyətində çıxış edən Qvendolin Rukerlə 1 illik müqavilə imzalayıb.

Belə ki, “dəmiryolçular” amerikalı blokçu ilə yenidən danışıqlar masasına oturaraq, onu razı sala bilib. Komandaya bu ilin yanvarda gələn 23 yaşlı voleybolçu 2013/2014 mövsümündə də eyni formanı geyinəcək.

Qeyd edək ki, “Azərreyl” bundan öncə Cennifer Dorislə (ABŞ) Ayşən Abduləzimovanı (Azərbaycan) transfer edərək, Yuside Sillie (Kuba) ilə müqaviləni artırıb. Onlardan əlavə, amerikalı Cessika Cons da bu komandada oynaya bilər. Lakin “Azəryol”da da oynamaq ehtimalı olan blokçu ilə bağlı yekun qərar verilməyib.

Xəbər 880 dəfə oxundu.