"Qəbələ"nin aparıcı futbolçusu zədələndi
“Qəbələ”nin təcrübəli müdafiəçisi Rail Məlikov zədələnib. Futbolçu diz bağlarının qırılması nəticəsində ən azı 4-5 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə futbolçu özü məlumat verib. O, Türkiyədə əməliyyat olunacağını bildirib:

“Məşqdə zədələnmişəm. Bakıda süni meydanda AZAL-la oyuna hazırlaşırdıq. Məşq zamanı Nizami Hacıyevlə toqquşdum. Ondan sonra ayağımda ağrılar hiss etdim. Amma yüngül zədə olduğunu düşünürdüm. Sonrakı məşqdə isə ayağımın bir azda ağrıdığını hiss edib müayinəyə getdim. Məlum oldu ki, diz bağlarım qırılıb.

Ona görə də Türkiyəyə gedib əməliyyat olunmağım lazımdır.Artıq sabah “Acıbadem” xəstəxanasına gedəcəm. Orada əməliyyat olunduqdan sonra həkimlərin nəzarətində olacağam. Ən azı 4-5 ay yaşıl meydanlardan uzaq qalacam. Yuri Syomin də mənim zədələnməyimə təəssüfləndi. Dedi ki, sən bizim əsas futbolçumuzsan, zədələnməyin çox pis oldu. Artıq əməliyyat olunub zədəmi sağaltmaq haqqında düşünürəm. İnanıram ki, hər şey yaxşı olacaq”.

Xəbər 835 dəfə oxundu.