Paris bizə daha bir dünya bürüncü verdi

Fransa cüdonun ikinci vətəni sayıla bilər. Hətta deyilənə görə cüdo burada kütləviliyinə görə futboldan sonra ikincidir. Parisdən «İdman Azərbaycan» kanalı ilə builki dünya çempionatından verilən birbaşa reportajları izləyənlər yəqin ki, yarışların keçirildiyi 6 gündə Parisin «Bersi» idman zalında tribunaların dolu olduğunu da diqqətdən yayındırmayıblar. Ekranda gördüklərimiz deyilənləri kifayət qədər aydınlıqla sübüt edir. Başqa bir maraqlı fakt: Parisdəki bu idman bayramına biletlər hələ bir il əvvəl satılıb və vaxtında bilet tədarükü görməyənlər yarışlara baxmaq üçün ancaq «artıq bilet» axtarışlarına ümid edə biliblər.

Çempionatın Londoq olimpiadasına lisenziya qazanmaq baxımından əhəmiyyətini nəzərə alaraq, ona tamaşaçı marağının daha bir səbəbini bununla əlaqələndirə bilərik. Paris mundialı əvvəlkilərdən fərqli olaraq daha çox saylı iştirakı tərkibinə malik idi. Avqustun 23-dən 28-nə kimi davam edən yarışda dünyanın 132 ölkəsindən 900-ə yaxın cüdoçu iştirak edirdi.

Azərbaycan komandasının tərkibinə İlqar Müşkiyev, Nicat Şıxəlizadə (hər ikisi - 60 kq), Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi - 81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), qadınlardan Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) daxil idi.

Göstərilən heyətdə iki nəfərin Elnur Məmmədli və Elxan Məmmədovun Londona lisenziya qazanmaq məsələsi tam həllini tapsa da, onların hər biri idmançı kimi yarışa xüsüsi tapşırıqla yollanmışdı. Federasiya rəhbərliyinin tapşırığı isə budur ki, Lndona əvvəlki illərdən çox lisenziya qazanılsın.
Elnur Məmmədli Parisdə dünya çempionu olmaq arzusunu reallaşacağına inanır, Elxan Məmmədov isə bacardığım qədər yüksək yer tutmağa çalışacağam deyirdi. Xatırladaq ki, ötən il Tokiodakı mundialda Elxanan Məmmədov və Ramilə Yusubva bürünc medal sahibi olmuşdular. Parisdə onlardan daha yüksək nəticə gözləməkdə haqlı idik.

Yarışların ilk günü, avqustun 23-də tatami üzərinə çıxan İlqar Muşkiyev ilk dəfə idi ki, böyüklər arasında dünya çempionatında iştirak eldirdi. İlqar olimpiadaya hazırlıq dövründə inamla çıxış edir, lisenziya xarakterli beynəlxalq turnirlərdə reytinq xal ehtiyatını yarışdan yarışa artırırdı. Parisə yollanarkən cüdoçumuz Beynəlxalq Cüdo Federasiyasının (İJF-in) reytinq cədvəlində 19-cu idi. Paris bu sırada irəliləməyə çox böyük şanslar məkanı idi. Dünya çempionatında birincilik qazanan 500 reytinq xalına sahib olurdu.

İlqar ilk görüşdə yəmənli Əli Xosrovla üzləşməli idi. Amma hələ yarış başlamazdan əvvəl məlum oldu ki, onun rəqibi görüşə çıxmayacaq. Beləliklə, İlqar ilkin mərhələni mübarizəsiz adladı. İkinci dövrədə onu bolqar cüdoçusu Yanislav Gerçev gözləyirdi. Bu mərhələ də nisbətən asan mübarizə şəraitində keçildi. Üçüncü dövrədə hollandiyalı Jeron Murenə ipponla qalib gələn İ.Müşkiyev artıq 18 final mərhələsinə düşdü. Bu dövrədə uduzmaq çıxışı başa vurmaq demək idi. Təsəlli görüşləri ancaq 14 finalda verilir. Növbəti rəqibinin keçmiş qitə çempionu olması İlqarı bir o qədər narahat etməsə də, tatami sahibi olması faktı ilə hesablaşmamaq olmazdı. Amma İlqar üçün görünür bunun da heç bir əhəmiyyəti yox imiş. O, fransız cüdoçusu ilə münasibətini dəqiqə yarıma aydınlaşdıra bildi.
Sonuncu dünya çempionu özbək Rişad Sabirov çempionatın debütantı üçün, əlbəttə, həddindən artıq ciddi rəqib idi. İlqarı belə bir rəqibə məğlub olmağa görə qınamaq olmaz. Bu məğlubiyyət yarışa xitam vermək deyildi. Bürünc medal şansı hələ yaşayırdı. Birinci təskinlikverici görüşündə Rusiya idmançısı ötən il Tokio mundialının 3-cüsü, Avropa çempionu Arsen Qalstyandan bu il Bakıda «World Masters» turnirinin yarımfinalındakı məğlubiyyətin əvəzini ipponla çıxdı. Bürünc medal uğrunda mübarizədə isə koreyalı Xvan Yun Çoi üzərində təmiz qələbə qazandı.

Həmin çəkidə çıxış edən Nicat Şıxəliyevin idman bioqrafiyasında artıq dünya üçüncüsü titulu var. İdmançımız buna 2003-cü ildə Qahirədə nail olub. Parisdə uğurlu çıxış Nicata London vəsiqəsi üçün çox lazım idi. Bilidiyinz kimi Nicat dopinq cəzasına görə lisenziya yarışlarına gec qoşulub. Bu dövrdə nail olduğu ən yüksək nəticə Tallində keçirilən dünya kubokunda qazandığı bürünc medaldır.

Parisdə ilk rəqibi olimpiya mükafatçısı Avstiriya cüdoçusu Lüdviq Peyşer oldu. Peyşer Nicata tanış rəqib idi. Bir qədər əvvəl Braziliyada «Böyük dəbilqə» turnirində ona qalib gəlmişdi. Amma dünya çempionatı başqa, beynəlxalq turnir başqa. Burada ölçülər, mizan-tərəzi fərqlidir. Nicatın ilk görüşdəki məğlubiyyəti də bunu təsdiq edir.

Bu il İstanbulda Avropa çempionatında gümüş medal sahibi olmuş Tərlan Kərimov (66 kq) püşkün hökmü ilə ikinci dövrədən başladı. İkinci dövrədən mübarizə qoşulan Tərlan ilk görüşündə rumın Laslo Jokeni saxlama fəndi ilə məğlub etdi. Sonra latviyalı Deniz Kozlova qalib gəldi. 18 finalda dəfələrlə Avropa çempionu olmuş Mikloş Unqvari idmançımızla mübarizədə göstərdiyi passivliyə görə 3 xəbərdarlıq aldı. Sonrakı mərhələdə onu gözləyən rusiyalı Musa Moquşkova məğlub olub, təsəlliverici görüşlərə qatılan T.Kərimov orada heç bir təsəlli ala bilmədi.
Çempionatın 2-ci günü idmançılarımız üçün uğursuz oldu. İki əvvəl dünya çempionatının 3-cü olan Kifayət Qasımova ilk görüşdə Haiti idmançısını asanlıqla məğlub etdi. Sonra yapon Aika Sato ilə qarşılaşmada çox fəal idi, xal hesabında rəqibini üstələyirdi. Amma qəfildən rəqibinin saxlama fəndinə düşüb, vəziyyyətdən çıxa bilmədi.

73 kq-da çıxış edən Renat Mirzəliyev 2 qələbədən sonnra 116 finalda polşalı Tomaş Adamsa məğlub oldu.

Üçüncü günün ən yaxşı nəticəsinə Elxan Rəcəbli (81 kq) imza atdı. Elxan bürünc medal uğrunda mübarizədə braziliyalı Leonardo Gülxeyroya məğlub olaraq 5-ci yeri tutdu. Eyni çəkidə çıxış edən Elnur Məmmədlinin dünya çempionatlarında ən yaxşı nəticəsi 2007-ci ildə Braziliyada olub. O vaxt finalda koreyalı Ki Çun Vanqa (Pekin olimpiadasının finalında qalib gəldiyi koreyalı) məğlub olmuşdu.

Elnur Parisə çox böyük ümidlə yollanmışdı. Amma özünün dediyi kimi Paris tatamisində Elnur güləşini görə bilmədik. Keçirdiyi 3 görüşdən 2-də qələbəni çətinliklə qazandı. İlk görüşdə «qızıl xal» mübahisəsində «yuko» ilə ikinci mərhələyə adlaya bilən olimpiya çempionumuz sonradan slovak idmançısını «ippon»la məğlub etdi. Mərakeş idmançısı ilə görüşün nə əsas, nə də əlavə vaxtı bir nəticə vermədi. Hakimlərin yekdil rəyi ilə (xantey) Azərbaycan cüdoçusu 18 finala adladı. Burada onu mübarizədən ukraynalı Artyom Vasilenko kənarlaşdırdı.

Parisdə dünya çempioantının bürünc medalçısı statusunda çıxış edən ikinci qadın cüdoçumuz Ramilə Yusubova iki mərhələ keçə bildi. Üçüncüdə Hollandiyalı Anika Van Emdenin müqavimətini qıra bilməyib, yarışdan çıxdı.
Elxan Məmmədov (90 kq) komandamızın yüksək nailiyyətlərə layiqli idmançılarından olsa da Parisdə ümidləri doğrultmadı. 3-cü görüşdə onu dünya çempionu koreyalı Kyu Von Li məğlub etdi. Yarışlaın sonuncu günü tatami üzərinə çıxan ən ağır çəkili cüdoçumuz Elmar Qasımov elə ilk görüşdə bosniyalı A.Mekiçə məğlub oldu.

Ə.FƏRƏCOV

Xəbər 1230 dəfə oxundu.