Roberto Carlosun Anji iddiası
Futbol həyatını nöqtələdiyi, Anji Mohaçkaleden sonra idman direktorluq vəzifəsini icra edən və mövsüm başında Sivassporun başına keçən Roberto Karlos, köhnə klubuyla əlaqədar təəccüblü şərhlər edib.

İdman.com.az-ın məlumatına görə, Rusiyada nəşr edilən Sport Express qəzetinə şərhlərdə Anjinin bir neçə il içində iflas edəcəyini iddia edib. Klub başçısı Süleyman Kərimovun keçmişdə çox yüksək transfer etdiyi futbolçuları əldən çıxarmaq məcburiyyətində qaldığını xatırladan Karlos, strategiya səhvi edildiyini söyləyib.

Qeyd edək ki, Roberto Karlos, keçdiyimiz həftə "Globoesporteye" etdiyi şərhdə Anjinin keçmiş futbolçusu Samuel EtO ya tənqidlər etmiş, "Transfer olduqdan sonra komandasını idarə etməyə cəhd edib. Həm mənim, həm də texniki direktor Hiddinkin vəzifələrini boynuna götürməyə çalışıb" ifadələrini istifadə etmişdi.

Xəbər 1036 dəfə oxundu.