Arda Turanın toyunun vaxtı müəyyənləşdi
"Atletiko"nun (Madrid) və Türkiyə millisinin futbolçusu Arda Turan və sevgilisi Sinəm Kobalın toyunun vaxtı məlum olub.

Uzun müddət nişanlı olan cütlük dekabrın 26-da evlənəcəklər.

Toy mərasimi Türkiyənin məşhur Çırağan Sarayında baş tutacaq.

Qeyd edək ki, Arda və Sinəmin toy şahidliyini baş nazir Rəcəb Tayyib Ərdoğan və baş məşqçi Fatih Terim edəcəklər.

Xəbər 927 dəfə oxundu.