“Lokomotiv” növbəti transferini rəsmiləşdirib
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol komandası növbəti transferini rəsmiləşdirib.

“Lokomotiv” Dominikan Respublikasının voleybolçusu Prisilla Rivera ilə anlaşmışdır. İyirmi doqquz yaşlı hücumçu ilə birillik müqavilə bağlanıb.

O, “Lokomotiv”ə Puerto-Rikonun “Pinkin de Korozal” klubundan transfer olunub.

Xəbər 893 dəfə oxundu.