Maykl yeni müqavilə imzaladı
Sun Sentinelin verdiyi məlumata görə azad agent olan Maykl Bizli Mayami ilə müqavilə imzalayıb. Forvard məşq düşərgəsində heyətdə möhkəmlənməyə çalışmalıdır.

Xatırladaq ki, 2008-ci ildə Mayami Bizlini draftda 2-ci seçmişdi.2010-cu ildə isə Lebron Ceyms və Kris Başla müqavilə imzalamaq üçün forvarddan imtina etmişdi.Son mövsümü Finiksdə keçirən Bizli komandadan qovulmuşdu. Buna səbəb onun dəfələrlə polis tərəfindən tutulması olub. Həmçinin Bizli evində marixuana gizlətdiyinə görə günahlandırılıb.

Xəbər 682 dəfə oxundu.