«Roma» klubunun prezidenti yeni planından danışdı
«Roma» klubunun prezidenti Ceyms Pallotta calarossinin köhnəlmiş Stadio Olimpikonu əvəz etmək planından danışıb.

«Son il yarımı biz klub üçün yeni stadionun inşasına həsr etmişik, — deyə o Football Italia-ya bildirib. — Hazırda Roma 80 minlik Olimpiko stadionunda oynayır. Lakin bu arena azarkeşlər üçün rahat deyil.Stadion 60-cı illərdə tikilib. Qaçış cığırları var. Biz yeni 60 minlik stadion tikəcəyik. Qarşıdakı aylarda sizi gözəl xəbərlər gözləyir.»

Xəbər 858 dəfə oxundu.