Erik Ramos: “Bu, bizə hava-su kimi lazımdır”
"İnter" mövsümə istədiyi kimi başlamayıb. Bu səbəbdən xal qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklər". Bu sözləri "Neftçi"nin futbolçusu Erik Ramos deyib.

Paraqvaylı yarımmüdafiəçisi 3 xala ehtiyaclarının olduğunu bildirib: "Təbii ki, 3 xal bizə də hava-su kimi lazımdı. Buna görə də sabah meydana yalnız qələbə üçün çıxacağıq. Çempionat uzun marafon olsa da burada hər xal qızıl dəyərindədi. Çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək".

Xəbər 975 dəfə oxundu.