Burak Yılmaz üçün növbəti tarix
Türkiyə millisinin futbolçusu Burak Yılmaz ölkəsinin futbol tarixinə düşüb. Hücumçu millidə ardıcıl 4 rəsmi matçda qol vuran ilk oyunçu olub. "Qalatasaray"ın hücumçusu"DÇ-2014"ün seçmə mərhələsində 2:0 qazanılan Andorra, 1:1 bərabərə bitən Macarıstan, 5:0 qazanılan Andorra və son olaraq dünən oynanılan Rumıniya ilə matçda (2:0) fərqlənib.

Qeyd edək ki, futbolçusu indiyə kimi millidə 29 matçda forma geyib və 11 qol vurub.

Xəbər 938 dəfə oxundu.