"Bakı"nın futbolçusu "Atletiko"nun düşərgəsinə yollanacaq
Azərbaycan futbolunun istedadlı nümayəndəsi, Azərbaycan milli komandasının və “Bakı” klubunun gənc üzvü Mahir Mədətovun Avropa arzusu reallaşıb.

“Portu”nun diqqət mərkəzində olan Mahir “Bakı”nın rəsmi tərfdaşı “Atletiko Madrid”in düşərgəsinə yollanacaq. Səfərdə məqsəd futbolçunun “Atletiko”da təlim-məşq keçməsidir. Səfərin nə vaxt reallaşacağı hələ məlum deyil. Sadəcə, Mahirin Madrid klubunun düşərgəsinə yollanacağını “Bakı”nın rəsmisi Nəriman Mehdiyev tərəfindən də təsdiqlənib.

Xəbər 927 dəfə oxundu.